30 Noyabr 2022 11:15
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatlar səbəbindən ABŞ əsgərlərinin bu terror təşkilatları ilə birlikdə bölgədəki patrullarını azaldıb.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder deyib.

O, Türkiyənin təhlükəsizlik narahatlığını anladıqlarını, lakin Suriyanın şimalındakı əməliyyatlardan narahat olduqlarını bildirib.

Rayder əlavə edib ki, İŞİD-lə mübarizə davam edir: “Sahədə patrullarımızın sayını azaltmışıq. Amma ABŞ-ın Suriyadakı hərbçiləri bölgədən geri çəkilməyib”.

Türkiyənin Suriyada mümkün quru əməliyyatından narahat olduqlarını bildirən Rayder Türkiyə ilə yaxın təmasda olduqlarını bildirib: “Pentaqon rəhbəri tezliklə türk həmkarı ilə danışacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər