Rusiya artıq batalyon taktiki qruplarını (BTQ) yerləşdirmir, buna görə də işğalçı ölkə Ukraynaya qarşı genişmiqyaslı müharibədə uğur qazanmaq imkanını itirib. Məlum olub ki, ruslar bir anda bir neçə şəhərdə bütün güclərini itiriblər, bundan sonra onların əhval-ruhiyyəsi və nizam-intizamı kəskin şəkildə aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirir.
Əlavə olunur ki, aprel ayından bəri Rusiya BTQ-ləri müxtəlif uğursuz və ya başa çatmış hücumlarında deqradasiyaya uğrayıb. Burada Rusiya Federasiyasının Kiyev, Mariupol, Severodonetsk və Lisiçansk üzərindəki sarsıdıcı hücumları da öz rolunu oynayıb.
Rusiya BTQ-lərini və onlarla birlikdə gücünü itirdikdən sonra hərbi komandanlıq döyüş gücünü bərpa etməyə və yenidən batalyon taktiki qrupları yaratmağa çalışır. Lakin bu istiqamətdə hələlik uğur yoxdur.
“Yəqin ki, Rusiya qüvvələri qalan döyüş gücünü və zəif təlim keçmiş, təchiz edilmiş yeni şəxsi heyəti mənəvi və nizam-intizamı aşağı olan xüsusi strukturlara atıblar”, - deyə analitiklər vurğulayıblar.