30 Noyabr 2022 11:55
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan əyalətində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 10 silahlını zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada Bəlucistanın Xoşab bölgəsində silahlılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmanın yaşandığı bildirilib.

Açıqlamada qarşıdurmada 10 silahlının zərərsizləşdirildiyi deyilib.

Yaraqlıların hansı təşkilata aid olduğu barədə məlumat verilməyib.

Bundan əvvəl “Taliban”ın Pakistan qanadı (TTP) mayın 10-da İslamabadla başlatdığı atəşkəsin sona çatdığını və silahlılarının ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu