30 Noyabr 2022 13:06
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK-nın sözdə kəşfiyyat idarəçisi “Kinda Maraş” ləqəbli Fatma Onuru İraqın şimalındakı Sincarda keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, Fatma Onur terror təşkilatına 1990-cı illərdə İngiltərədən qatılıb.

O, uzun illər təşkilatın silahlı qanadında xidmət edib. Fatma Onur 2016-cı ildə təşkilatın kəşfiyyat strukturu olan NLP-də məsul səviyyəyə gətirilib. Təşkilat üzvlərinə kəşfiyyatla bağlı təlimlər keçib. Təşkilatın kəşfiyyatçıları arasında olan, İraq və Suriyada müxtəlif fəaliyyətlər həyata keçirən Fatma Onur xüsusilə İraqın Süleymaniyyə bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən çoxsaylı əməliyyatlar səbəbindən MİT-in hədəf siyahısına daxil edilmişdi.

MİT agentlərindən ibarət xüsusi bir qrup “Kinda Maraş” ləqəbli Fatma Onurun fəaliyyətini deşifrə etmək üçün ətraflı araşdırmaya başlayıb. MİT onun Sincardakı kəşfiyyat fəaliyyətini gizlətmək üçün Qəndildən gizli missiya çərçivəsində Sincara göndərildiyini müəyyən edib.

MİT bölgədəki sahə agentləri vasitəsilə Fatma Onurun yerini təsbit edib, daha sonra əməliyyat üçün hərəkətə keçib və əməliyyatla Sincardakı məntəqəni zərərsizləşdirib.


Müəllif: Nemət

Oxşar xəbərlər