30 Noyabr 2022 14:19
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Rusiyanın başladığı müharibə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 100 min hərbçi itirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.

Onun sözlərinə görə, müharibə 20 mindən çox Ukrayna vətəndaşının həyatına son qoyub: “İşğalçı hücum zamanı dəymiş ziyan 385-dən 600 milyard avroya yüksəlib”.

Avropa Komissiyasının rəhbəri eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsini dəstəkləyərək, BMT-nin dəstəyi ilə Rusiyanın hərbi cinayətlərini araşdıracaq ixtisaslaşdırılmış məhkəmənin yaradılmasını təklif edib.

Ursula von der Leyen söz verib ki, Avropa Komissiyası tərəfdaşları ilə birlikdə Rusiyanın dondurulmuş oliqarx fondları və mərkəzi bankının aktivləri ilə törətdiyi dağıntıların əvəzini ödəməsini təmin edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər