30 Noyabr 2022 15:39
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dünən telefonla danışdığı türk həmkarı Mövlud Çavuşoğluna Türkiyənin Suriya əməliyyatı ilə bağlı molla rejiminin narahatlığını çatdırdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə rejimin “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Abdullahiyan Tehranın Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anladığını, amma hərbi əməliyyatın problemi həll etməyəcəyi fikrində olduğunu deyib.

Nazir Çavuşoğluna Türkiyənin əməliyyatının vəziyyəti daha da çətinləşdirəcəyini deyib və qeyd edib ki, problem Ankara ilə Dəməşq arasında danışıqları yolu ilə həll edilə bilər.

Abdullahiyan həmçinin söyləyib ki, Tehran Türkiyə ilə Suriya hökuməti arasında siyasi problemlərin həlli ilə bağlı danışıqları dəstəkləməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər