ABŞ Konqresinin Senatı ölkənin illik müdafiə siyasətini təsdiq edib.
Publika.az-ın “Reuters”ə istinadən məlumatına görə, müdafiə xərcləri 577 milyard dollar, o cümlədən xaricdə hərbi əməliyyatlar üçün 64 milyard dollar təşkil edəcək.
Bundan əvvəl Nümayəndələr Palatası qanun layihəsini təsdiq edib. Layihə imzalanmaq üçün prezident Barak Obamaya göndəriləcək.