Rus ordusu Donetsk vilayətinin Baxmut yaxınlığında istehkamlar tikir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediasə məlumat yayıb.
Qeyd edilir ki, Rusiya qoşunları Vladimirovka ərazisində müdafiəyə hazırlaşır. Bunu sübut edən fotoşəkillər Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təqdim edilib.
Vladimirovka kəndi hazırda rusların işğalı altındadır. Bu məntəqə Baxmutdan cəmi 15 kilometr aralıda yerləşir.
Qeyd edək ki, Baxmut istiqaməti indi cəbhənin ən qaynar bölgələrindən biridir.
İddiaya görə, “Vaqner” Ukraynanın müdafiəsini zəiflətmək ümidi ilə cəlb edilmiş məhbusları oraya aparır. Onların arxasında Rusiyanın nizami hərbçiləri dayanır.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Baxmut yaxınlığında hər gün eyni mənzərə baş verir. “Vaqner” üçün məhbuslar ət deməkdir”.
Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç Donetsk vilayətinin Baxmut bölgəsində döyüşən ukraynalı tankerlərin işini qeyd edib. O əlavə edib ki, şəhərin müdafiəsi təkcə piyada deyil, həm də möcüzələr törədən tankçılar üzərində qurulub.
“Defense Express”in direktoru, hərbi ekspert Sergey Zqurets hesab edir ki, işğalçılar üçün Baxmutun kənarına yaxınlaşmaq və ya hətta şəhəri mühasirəyə almaq taktiki uğuru qələbəyə çatdırmaq üçün yeganə şansdır. Onun sözlərinə görə, ruslara Baxmutu ələ keçirmək müyəssər olmayacaq.