1 Dekabr 2022 10:42
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və müttəfiqləri müharibədə qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Berlin Təhlükəsizlik Konfransında bildirib.

“Biz Ukraynaya lazım olan qədər dəstəyimizi davam etdirəcəyik: iqtisadi, maliyyə, humanitar, dağılmış enerji infrastrukturunun bərpası, eləcə də silahlarla bağlı”, - kansler vurğulayıb.

Bununla yanaşı, o Ukraynadakı müharibənin almanlara da təsir etdiyini etiraf edib:

"Ukrayna qanuni özünümüdafiə hüququndan istifadə edə bilməlidir. Lakin bu, həm də Avropa təhlükəsizlik arxitekturasının qorunmasına xidmət edir. Rusiya Federasiyası başladığı müharibədə qalib gələ bilməz və bu, olmayacaq.

Rusiyanın Ukraynaya hücumu bütün Avropada təhlükəsizlik arxitekturasının dəyişməsinə səbəb olub. Almaniya bundan özünün müdafiəsi və müttəfiqlərini dəstəkləməsi üçün nəticələr çıxarır. Qərb Rusiya rejiminin məsuliyyətsiz nüvə ritorikasını çox ciddi qəbul edir. Lakin biz özümüzü qorxutmağa imkan verməyəcəyik. Bu məqsədlə hökumət Almaniyanın nüvə proqramı çərçivəsində F-35 qırıcıları almağa qərar verib".


Müəllif: Nemət

Oxşar xəbərlər