1 Dekabr 2022 10:27
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yanvarın 3-də vəzifəyə başlayacaq Konqresdə yenidən sədrliyə namizəd olmayacağını elan etdikdən sonra demokratlar Hakim Ceffrisi yeni lider elan ediblər.

Teleqraf.com xəbər verir ki, yanvarın 3-də başlayacaq yeni dövrdə ABŞ Nümayəndələr Palatasında çoxluğu Respublikaçılara verən demokratlar yeni liderlərini seçiblər.

Yeganə namizəd, Nyu-York nümayəndəsi Hakim Ceffrisdir. Ehtimal olunur ki, Cefris 20 ildən sonra Nensi Pelosini əvəz edəcək.

Ceffries ABŞ Konqresinin tarixində Senatda və ya Nümayəndələr Palatasında hər hansı partiyanın lideri vəzifəsinə seçilən ilk qaradərili şəxs olacaq.

Ceffries 1970-ci il avqustun 4-də Nyu-Yorkun Bruklin şəhərində anadan olub və hüquqşünaslıq fəaliyyəti ilə məşğul olub, 2013-cü ildən Nümayəndələr Palatasının üzvüdür.

Uzun müddətdir ki, “Pelosinin varisi” kimi tanınan Ceffries Nümayəndələr Palatasının Ədalət və Büdcə Komitələrində çalışıb.

Pelosi noyabrın 17-də Nümayəndələr Palatasının əksəriyyətinin respublikaçılara keçməsindən sonra Demokratların liderliyinə bir daha namizəd olmayacağını açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər