Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılması diplomatiyası müsbət nəticə verməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyədə yüksək səviyyəli təmaslarda olan Qambiyanın vitse-prezidenti Badara Cuf daha sonra Kipr Türk Cümhuriyyətinə rəsmi səfər edib.
İki ölkənin bayraqları qarşısında Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarla poza verən Cuf onu rəsmi səfər üçün ölkəsinə dəvət edib.
Tatar bu səfəri ölkəsinin tanınması istiqamətində atılmış mühüm addım olaraq xarakterizə edib:
“Bu, bizim üçün çox sevindirici hadisədir. Görüş zamanı bayrağımızı da asdıq. Görüşə verdiyi töhfəyə görə Türkiyə Prezidenti Ərdoğana təşəkkür edirik”.