2 Dekabr 2022 12:40
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları rus ordusunun dörd nəzarət məntəqəsini, şəxsi heyəti və texnikasının cəmləşdiyi ərazini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hərbi Hava Qüvvələri son sutka ərzində düşmənin şəxsi heyəti, silah-sursatı və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 19, o cümlədən zenit-raket komplekslərinin mövqelərinə 3 zərbə endirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, ötən sutka ərzində Ukrayna hərbçiləri rusların “Orlan-10” tipli pilotsuz təyyarəsini vurub.

Bundan əlavə, Ukraynanın raket qoşunları və artilleriya bölmələri Rusiya ordusunun dörd nəzarət məntəqəsini, şəxsi heyətinin, silah və hərbi texnikasının cəmləşdiyi ərazini, həmçinin 5 digər mühüm obyektini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu