2 Dekabr 2022 13:10
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələrinin Ukraynanın Zaporoje vilayətindəki hərəkətləri əsas mövqeləri müdafiə edə bilməməsindən xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.

“Rusiya qoşunlarının Zaporoje vilayətindəki hərəkətləri göstərir ki, Ukrayna qüvvələrinin artan hücumları fonunda kritik əhəmiyyətli əraziləri qoruya bilmirlər”, - təhlildə bildirilir.

ISW-nin analitiklərinə görə, Rusiya Ukraynanın artan zərbələrinin canlı qüvvə və texnika təchizatına təsirini azaltmaq üçün Zaporojedə cəbhə xəttinə yaxın mövqelərdən şəxsi heyətini geri çəkə bilər.

Ekspertlərin fikrincə, Pologivdən geri çəkilmə xüsusi məna kəsb edir:

“Çünki qəsəbə kritik yol qovşağında yerləşir və bu qovşağa nəzarəti əldə saxlamadan Ukraynanın əks hücumu zamanı Rusiya qüvvələrinin Tokmakı müdafiə etməsi daha çətin olacaq”.

ISW analitikləri hesab edirlər ki, kritik mövqelərdən geri çəkilmə rus qoşunlarının Zaporojedə cəbhə xəttini qoruya bilməyəcəyini və qüvvələrin toparlanması üçün prioritet yerləri müəyyən edə bilməyəcəyini göstərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər