9 May 2014 12:54
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə uşaqlara qarşı cinsi zorakılığa görə cəzaları sərtləşdirib. Bunu Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Ayşənur İslam bəyan edib.

Bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Nazirin sözlərinə görə, cəmiyyətin bütün təbəqələri uşaqlara qarşı törədilən cinsi zorakılığa qarşı mübarizə aparmalıdırlar.

Qanunda edilən dəyişikliklərə görə, həddi-buluğa çatmamışlara qarşı zorakılığa yol verənlərə 39 ilə qədər həbs cəzası kəsiləcək.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu uşaqlara qarşı cinsi zorakılığın cəzası olaraq ölüm hökmünün bərpa ediləcəyini bildirib.

Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Avropa İttifaqı qarşısında götürülən öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir.

Türkiyədə ölüm cəzası 2004-cü ildə Aİ-yə daxil olmaq üzrə keçirilən islahatlar çərçivəsində ləğv edilib./trend/


Müəllif: