2 Dekabr 2022 17:21
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya-Herseqovinanın Serb Muxtar Respublikasının prezidenti Milorad Dodik Kosovo məsələsi ilə bağlı Serbiyanın mövqeyini müdafiə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu ölkədəki etnik serblərin lideri Kosovonun müstəqilliyinin tanınmasına imkan verməyəcəyini deyib.

Onun sözlərinə görə, BMT-nin bir çox üzvü hələ də Kosovonun müstəqilliyini tanımayıb.

Dodik Kosovonun 2008-ci ildə beynəlxalq qaydalara zidd olaraq müstəqilliyini elan etdiyini bildirib:

“Serbiya ərazisinin mühüm hissəsini oğurlayıblar. Qondarma Albin Kurti dövləti öz müstəqilliyini elan etdi. Amma dünyanın bir çox ölkələri, o cümlədən Bosniya-Herseqovina bunu qəbul etmir. Nə qədər ki, Serb Respublikası var, Bosniya-Herseqovinanın bu münasibəti heç vaxt dəyişməyəcək. Buna icazə verməyəcəyəm”.

Bosniya-Herseqovinada 1992-1995-ci illər müharibəsinə son qoyan Dayton sülh sazişinin yaratdığı mürəkkəb siyasi quruluş Kosovonun müstəqilliyinin tanınmasına əngəl törədir. Dövlətin ən yüksək orqanı olan Rəyasət Heyətində hər hansı bir qərarın qəbul edilməsi üçün bosniyalılar, xorvat və serbləri təmsil edən üç şura üzvü buna razı olmalıdır. Dodik şuranın üzvlərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər