2 Dekabr 2022 17:54
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayna üzərində qələbə qazanarsa, digər təcavüzkar ölkələr də güclənə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.

Müharibədə qalib gələcəyi təqdirdə özünü güclü hiss edən yeganə ölkənin Rusiyanın olmayacağını bildirən Marin digərlərinin də bundan təsirlənə biləcəyini söyləyib.

Baş nazir Finlandiyanın Rusiya enerjisindən asılılığını misal gətirib:

“Biz ümumi dəyərlərimizi bölüşməyən rejimlərlə əməkdaşlıqdan həddən artıq asılı olmuşuq. Asılılıqlarımız cəmiyyətimiz üçün vacib olan sahələrdə zəif tərəfimizə çevrilir”.

Marin Çinlə bağlı da eyni fikirdədir, qeyd edib ki, Rusiyada olduğu kimi bu ölkə kimi avtoritar dövlətlərlə qurulacaq ticari əlaqələrdə də kritik asılılıqlardan qaçınmaq lazımdır:

“Məsələn, mikroçiplərə, yarımkeçiricilərə və ya hər hansı kritik texnologiyaya gəldikdə, avtoritar ölkələrdən asılı ola bilmərik. Çünki ticarət yolları birdən kəsilsə, o zaman problemlər yaranacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər