2 Dekabr 2022 19:53
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı başda ticarət və müdafiə sənayesi olmaqla iki ölkə arasında əlaqələri yaxşılaşdıracaq addımlar müzakirə edilib.

Bundan əlavə, Ərdoğan, Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tez bir zamanda yenidən qurulmasının bütün tərəflərin marağında olduğunu vurğulayıb. O, həmçinin Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyinə diqqət çəkib.


Müəllif: Teleqraf.com