Rus ordusu “Qradov” və ağır artilleriyadan Nikopol rayonuna 9 dəfə hücum edib.
Teleqraf.com xəbər verir ki, bunu Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko deyib.
Onun sözlərinə görə, ruslar bütün gecəni Nikopol vilayətini, xüsusilə mərkəz ərazini atəşə tutub: “30-dan çox mərmi Nikopola düşüb, lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. İyirmidən çox fərdi yaşayış evi, yardımçı tikililər, elektrik şəbəkələri və qaz kəmərləri zədələnib. 50 günəş paneli sınıb”.
Rezniçenko bildirib ki, bir neçə hündürmərtəbəli binaya, elektrik xəttinə və qaz xəttinə ziyan dəyib: "Mərminin düşməsi nəticəsində şəxsi həyətdəki qaz borusu yanıb. Artıq yanğınsöndürənlər alovu söndürüblər".
Qeyd edək ki, ruslar Dnepropetrovsk vilayətini müxtəlif növ silahlardan davamlı olaraq atəşə tutur. Nikopol və Krivoy Roq xüsusi zərbələrə məruz qalır. Zərbələr nəticəsində insanlar həlak olur, infrastruktur ciddi dağıntılara məruz qalır.