Böyük Britaniya Müdafiə Nazirliyi bu gün Rusiyanın Ukraynaya müdaxilə planının təfərrüatlarını paylaşan bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən İngiltərə Müdafiə Nazirliyi diqqətçəkən açıqlama verib.
Nazirlikdən verilən açıqlamada, Rusiya ordusunun taktiki irəliləyişlər əldə etmək üçün Donetsk vilayətində Baxmutu mühasirəyə alma ehtimalının olduğu bildirilib.
Rus ordusunun bu yolla irəliləyiş əldə edəcəyi bildirilərkən, İngiltərə rəsmiləri Rusiyanın bu nöqtəni ələ keçirməsinin müharibənin gedişatına da təsir edə biləcəyini bildiriblər.
“Biz hesab edirik ki, Baxmutun ələ keçirilməsi Rusiyanın siyasi məqsədləri ilə yanaşı, onun simvolik mənası ilə də üst-üstə düşür”, - bəyanatda deyilir.
Əlavə olunur ki, bu məntəqənin ələ keçirmək Kramtorsk və Sloviansk vilayətlərini də təhdid edə bilər.