4 Dekabr 2022 08:25
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Orenburq şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Orenburq vilayəti üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Orenburq şəhərinin 374-cü km küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə nəticəsində 4 nəfər yanaraq ölüb.


Müəllif: Teleqraf.com