4 Dekabr 2022 11:29
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qışın başlaması ilə Ukraynanın şərqində yaxın bir neçə həftə ərzində hərbi əməliyyatların keçirilməsi üçün daha əlverişli şərait yaranacaq.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun analitiklərinin fikrincə, Kremennoy-Svatovo xəttində yer donub və buna görə də Ukrayna ordusu ruslara qarşı təzyiqi artırıblar:

“Amma əməliyyatların ümumi tempi yaxın həftələrdə artacaq, çünki daimi soyuqlar hərbi əməliyyatların bütün perimetri boyunca, xüsusən də hər iki tərəfdən əməliyyatların ağır palçığa qərq olduğu şərqi Ukraynada torpağın donmasına imkan verir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər