13 Dekabr 2014 14:59
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda yerləşən Beynəlxalq Riskləri İdarəetmə Mərkəzi 2015-ci il üçün risk xəritəsini dərc etdirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, burada dünyanın ən sakit və ən təhlükəli ölkələri sıralanıb.

Dələduzluq, qəsbkarlıq, oğurluq və terror hadisələri fonunda aparılan qiymətləndirmələrə görə, Somali, Əfqanıstan, Suriya, İraq, Nigeriya, Yəmən, Konqo, Pakistan və Fələstin dünyanın ən təhlükəli ölkələri sıralamasında ilk 10 yeri tutur.

Sıralamada ən təhlükəsiz ölkələr arasında isə Avropa ölkələri ən öndə gəlir. İsveçrə, Norveç, Danimarka və İslandiya ən təhlükəsiz ölkələr kimi göstərilir. Reytinqdə Avropa ölkələri sırasında yalnız Ukrayna siyasi vəziyyət ucbatından riskli kimi qiymətləndirilir.

Hesabata görə, adam qaçırma baxımından ən təhlükəli ölkələr Meksika, Hindistan, Pakistan, İraq, Nigeriya, Liviya, Əfqanıstan, Banqladeş, Sudan və Livandır.

Samir


Müəllif:

Oxşar xəbərlər