5 Dekabr 2022 09:44
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya xarici işlər naziri Pekka Haavisto ölkəsinin gələn ilin yaz aylarına qədər NATO-ya üzv ola biləcəyinə ümid etdiklərini deyib.

Teleqraf.com xəbər verir ki, Haavisto Finlandiyanın hərbi alyansa niyə üzv olmaq istəməsinin səbəbinə də aydınlıq gətirib.

Nazir bildirib ki, Rusiyanın Ukraynaya hücumü və Moskvanın nüvə ritorikası Finlandiyanı NATO-ya üzv olmaq üçün müraciət etməyə sövq edən əsas amillərdir.

Onun sözlərinə görə, Macarıstan fevralın əvvəlində Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyəcəyini açıqlayıb və Türkiyənin təsdiqi də daxil olmaqla, hər şeyin yazda həll olunacağına böyük ümid edir.

Finlandiya Baş naziri Sanna Marin də Türkiyədən cavab gözlədiklərini söyləyib: “Türkiyə ilə bağlı siyasətimizdə həmişə ardıcıl olmuşuq. Ümid edirəm ki, Türkiyə NATO üzvlüyünü ən qısa zamanda təsdiq edər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər