5 Dekabr 2022 10:02
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Zaporojye vilayətinin Akimovski rayonunda rus ordusunun canlı qüvvəsi cəmləşən məntəqəni məhv etdiyini təsdiqləyib.

Teleqraf.com bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində bildirlir.

Ukrayna hərbçilərinin uğurlu hücumu nəticəsində 10-dan çox rusiyalı işğalçı məhv edilib, daha 30-u yaralanıb.

Bundan başqa, Müdafiə Qüvvələrinin raket-artilleriya bölmələri 2 komanda məntəqəsini, sursat anbarını, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi ərazini, həmçinin düşmənin daha ​​bir mühüm obyektini vurub.

Dekabrın 4-nə olan məlumata görə, şəxsi heyət arasında rusların itkiləri 91 150 nəfərə çatıb.


Müəllif: Nemət