Oxşar xəbərlər
Ukrayna aviasiyası gün ərzində düşmənin cəmləşdiyi əraziləri bombalayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Son sutka ərzində Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 18 zərbə endirib, həmçinin düşmənin zenit-raket komplekslərinin mövqelərinə hücum edilib”, - Baş Qərargah bilirib.
Qeyd edilib ki, Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 komanda məntəqəsinə, bir sursat anbarına, şəxsi heyətin, silah-sursat və hərbi texnikanın cəmləşdiyi ərazini vurub.