Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars keçid məntəqəsi bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Məlumata görə, buz və qar səbəbindən yoldan yük maşınlarının keçidi dayandırılıb.
“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb”, - məlumatda deyilir.
Qeyd edək ki, sözügedən yolun bağlanması Ermənistan üçün ciddi problemlər yaradır. Bu yol Ermənistanın Rusiyaya çıxışı üçün yeganə seçimdir.