5 Dekabr 2022 13:24
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında quru əməliyyatına hazırlaşan Türkiyənin verdiyi mesajlar bölgədəki terrorçuları təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, YPG/SDQ terror təşkilatının liderlərindən biri Mazlum Kobani bu gəlişmədən sonra “Vaşinqton Post” qəzetinə yazdığı məqalədə öldürülən terrorçulardan bəhs edib və onlara yük maşınları ilə silah verən ABŞ-a səslənib.

“Suriyada Amerikanın ən sadiq müttəfiqiyik. Bizi unutmayın” adlı yazısında baş terrorçu Türkiyədən gələn təhlükə altında olduqlarını bildirib. Kobani Türkiyəyə qarşı ABŞ-dan dəstək istəyib.

Terror təşkilatının lideri Türkiyənin Suriyanın şimalında quru əməliyyatına hazırlaşdığını deyib: “Belə bir hücumun nəticələrinin nə olacağını bilirik, çünki Türkiyə bunu əvvəllər də iki dəfə edib. Türkiyəni dayandırmaq üçün təcili konkret addımlar atılmalıdır”.

Hollandiyalı jurnalist Rena Netyes məqaləsini yayımladığı üçün Amerika nəşrinə etiraz edib:

“Hörmətli “Vaşinqton Post”, siz indicə təşkilatı Suriyanın şimal-qərbində çoxsaylı mülki itkilərə görə cavabdeh olan birinin yazısını dərc etdiniz. Onların arasında kürdlər də var. Bəs bunları qeyd etməyə dəyməzmi?”.

Netyes Türkiyəyə sığınan suriyalılar və kürdlərlə görüşdüyünü bildirib:

“Onlarla müsahibələrimdən sonra YPG/PYD-yə baxışım dəyişdi. YPG-nin İŞİD-ə qarşı mübarizəsinə görə yaxşı olduğunu düşünürdüm. 2016-cı ilin martında Kilisdə Türkiyəyə gələn suriyalı qaçqınlardan niyə qaçdıqlarını soruşduqda, “YPG-dən qaçdıq”, “evimizi əlimizdən aldılar” dedikdə təəccübləndim. Qaziantep və Kilisdə rastlaşdığım suriyalı qaçqınlar da oxşar əhvalatlar danışdılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər