Almaniya Kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putini ölkəsini fəlakətli sürüşkən yola saldığına görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, kansler Rusiya liderinin Ukrayna ilə bağlı qəddar əmrlərinə diqqət çəkib.
“Putin Ukraynaya qarşı ən ağır cinayətlərə əmr verir, eyni zamanda öz ölkəsini fəlakətli sürüşkən yola sürükləyir”, - Şolz deyib.
Kansler Putinin Ukraynaya qarşı müharibədə ümidsizcə məğlub olduğunu iddia edib:
“Müdafiəsiz mülki əhaliyə, uşaqlara, qadınlara, qocalara raket ataraq beynəlxalq hüququ kobud şəkildə pozmaqla yanaşı, ağlasığmaz əxlaq uçurumu yaradır”.
Ukraynanın müharibədə uduzmamasının lazım olduğunu vurğulayan Şolz Rusiya qoşunlarını çıxarana qədər bu ölkəyə dəstəyi davam etdirəcəklərini bildirib.
Buna baxmayaraq, Şolz Putinlə danışmağı tamamilə dayandırmağın böyük səhv olacağını və yenidən dialoq axtarmağa davam etməyin lazım olduğunu söyləyib: “Danışıqlar nə qədər uzansa da, bunu davam etdirəcəm”.