Şimali Koreya Cənubi Koreyanın şərq və qərbdə dəniz sərhədləri yaxınlığındakı “bufer zonalar”a 130-dan çox mərmi atıb.
Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bəyanat verərək Şimali Koreyanın 2018-ci il ikitərəfli hərbi razılaşmanı pozduğunu bildirib.
Cənubi Koreya ordusu Şimali Koreyaya şifahi xəbərdarlıq edərək “müqaviləyə əməl etməyə” çağırıb.