5 Dekabr 2022 22:09
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko bir qadını koronavirusdan necə xilas etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri həmin vaxt qadının xəstəxanada ölüm yatağında olduğunu iddia edib.

Onun sözlərinə görə, qadın ölcümcül durumda Şklov vilayət xəstəxanasına aparılıb:

“Şklovdakı xəstəxanada onu morqdan çıxartdım. Bu gün süni nəfəs aparatından ayırıblar. İndi vəziyyəti yaxşıdı”.

Lukaşenko Belarusun səhiyyə sisteminin pandemiya şəraitində yaxşı işlədiyini də söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər