5 Dekabr 2022 22:39
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

General Sergey Surovikin Ukraynadakı işğalçı qüvvələrin komandanı təyin edildikdən sonra Rusiya taktikanı dəyişib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı general Aleksandr Sırski deyib.

“Şərq cəbhəsində vəziyyət çox gərgindir. Düşmən hər gün bölmələrimizə hücum edir. Surovikinin təyinatı ilə taktikanın dəyişdiyini müşahidə edirik. Həm hava, həm də raket zərbələri artıb, düşmən dəstələrlə hücum taktikasına keçib”. - Sırski bildirib.

General onu da qeyd edib ki, Baxmutun hərbi baxımdan ruslar üçün heç bir strateji əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, bu istiqamətin psixoloji önəmi var, çünki Xerson və ondan əvvəl Xarkov vilayətində bir sıra itkilərdən sonra Rusiya istənilən yolla Baxmutu ələ keçirməyə, müdafiəni yarmağa və bununla da şəxsi heyətini motivasiya etməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu