Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlıq etməyə ümid edir.
Teleqraf.com-un “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.
“Ukrayna, Gürcüstan və Moldova ilə imzalanması nəzərdə tutulan Assosiativ Sazişlər Rusiyaya qarşı yönəlməyib”, - deyə A. Merkel qeyd edib.
Bununla yanaşı, kansler Ukrayna münaqişəsinin diplomatik yol ilə həll olunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Almaniya Rusiya ilə sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.