6 Dekabr 2022 10:31
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikanın Yohannesburq şəhərində Jukskei çayında ibadət edən kilsənin 14 üzvü həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Yohannesburq Fövqəladə Hallar Xidmətindən verilən açıqlamaya görə, şəhərə yağan güclü yağış nəticəsində Jukskei çayı daşıb.

Sel nəticəsində itkin düşmüş 16 nəfər Baptist kilsə üzvlərinin axtarış işləri Jukskei çayı boyunca davam etdirilir.


Müəllif: Yeganə Oqtayqızı