6 Dekabr 2022 18:22
3 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın müdafiə naziri Nikolos Panayotopulos Prezident Vladimir Zelenskinin S-300 sisteminin Ukraynaya verilməsi ilə bağlı təklifinə müsbət cavab verə bilməyəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir buna “səbəb” kimi ölkəsinin Türkiyə tərəfindən təhdid edilməsini göstərib.

“İndi özümüz təhlükə altındayıq. “Bir gecə qəfil gələ bilərik” kimi təhdidlərlə qarşılaşırıq. Bu səbəbdən müdafiəmizi zəiflədəcək heç bir silah yardımı edə bilmərik”, - Panayotopulos bildirib.

Müdafiə nazir təhdidlərə son qoyularsa, bu təklifə müsbət baxa biləcəklərini söyləyib.

“S-300-lər texnologiya baxımından Türkiyənin əlindəki S-400-lərdən 20 il geri qalır”, - Yunanıstan rəsmisi əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər