6 Dekabr 2022 21:38
2 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözləri Yunanıstanı silkələyib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlunun yunan həmkarı Nikos Dendias haqda dediyi “Hara getsək, arxamıca qaçır” sözləri yunan mətbuatında əks-səda verib.

Çavuşoğlu ötən gün Türk Dövlətləri Təşkilatı (TDT) ilə birliyini gücləndirən türk dünyasının indi yeni geosiyasi reallıq olduğunu deyib:

“Bütün dünya buna diqqət yetirməyə başlayıb. Bu gün Nikos Dendias da təngnəfəs özünü ora çatdırdı. Bəzi səfərlər edir. Sağ olsun, hara getsək, köhnə dostum Nikos Dendias arxamızca qaçır. Dərdləri var, çünki Şimali Kipr Türk Cümhuriyyəti Səmərqənddə keçirilən sammitdə müşahidəçi üzv oldu. Bu bir başlanğıcdır. Gələcəkdə onları panikaya salacaq başqa səbəblər də olacaq. Türk dünyası ilə də əməkdaşlığımızı, həmrəyliyimizi artırmalıyıq”.

Çavuşoğlunun bu sözlərini yer verən “Etnos” qəzeti Türkiyənin baş diplomatının Dendiası ələ saldığını yazıb.

“To vima” qəzeti Çavuşoğlunun ələ saldığı Dendiası sərt sözlərlə tənqid edib.

“Proto Thema” da türk nazirin çıxışına geniş yer ayırıb.

Qeyd edək ki, Nikos Dendias dünən TDT üzvü olan Qazaxıstana səfər edib. O, Yunanıstandan Qazaxıstana səfər edən ilk nazir olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər