6 Dekabr 2022 22:43
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir müddət Ukrayna üçün çətin günlər olacaq, amma Rusiyanın məğlubiyyəti artıq həll olunmuş məsələdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.

“Ukrayna artıq qalib gəlib, dünyada hamı bunu hiss edir. Bəli, müəyyən müddət üçün çətinlik olacaq, amma bu, qlobal olaraq heç nəyi dəyişməyəcək”, - ölkənin baş kəşfiyyatçısı bildirib.

Onun sözlərinə görə, artıq son üç ayda hərbi rəhbərliyi tənqid etməyə başlayan Kreml təbliğatçılarının ritorikası kəskin şəkildə dəyişib. Budanovun fikrincə, Rusiyanın məğlubiyyəti qaçılmaz prosesdir.

“Bu, artıq üzdədir. Buna görə də hamısı irəli sürünür. Hələ çətin vaxtlar olacaq, amma Rusiyanın məğlubiyyəti artıq həll olunmuş məsələdir və bunu özləri də yaxşı bilirlər”, - Budanov vurğulayıb.

Kəşfiyyat şefi Vladimir Putin rejiminin kütləvi etirazlarla devrilməsinin qeyri-mümkünlüyünə də diqqət çəkib:

“Minlərlə rusun küçələrə çıxmasını gözləmək ehtimalı baş tutmayacaq. Rusiya o ölkə deyil. Orada fərqli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu