7 Dekabr 2022 09:41
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də İsveçdə keçirilən parlament seçkilərdən sonra 4 il əvvəlki seçkilərlə müqayisədə 1.3 faiz az səs toplayan Sol Partiyanın PKK/YPG terror təşkilatına verdiyi dəstək və Ukraynaya silah göndərilməsinə qarşı çıxdığı üçün səs itirdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, partiya sədrinin müavini Hanna Gedin 2018-ci il seçkilərində 8 faiz səs aldıqlarını, bu il isə bu nisbətin 6.7 faizə endiyini açıqlayıb.

Bunu iki səbəblə əlaqələndirdiklərini vurğulayan Gedin qeyd edib ki, hökumətin Ukraynaya silah göndərilməsinə qarşı çıxması və siyasətçilərin Visbi şəhərində PKK “bayrağını” qaldırması seçkinin nəticələrinə mənfi təsir edib.

Sol Partiyadan olan deputatlar Daniel Riazat, Momodu Malkom Yallo və Lorena Delqado Varas iyulun 7-də Visbidə YPG/PKK-nı simvolizə edən əski parçaları ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşmışdılar. Türkiyənin etirazına səbəb olan addım dönəmin İsveç baş naziri Maqdela Andersson tərəfindən də sərt təpki ilə qarşılanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu