Yaponiyanın döyüş təyyarələri İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk dəfə qonşu Filippinin sahillərinə enib.
Teleqraf.com xəbər verir ki, Yaponiya Asiya-Sakit okean bölgəsində regional hərbi təsirini artıran Çinə qarşı qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlıq imkanları axtarır.
Yaponiya Hava Müdafiə Qüvvələrinin (ASDF) bəyanatına görə, ASDF və Filippin Hərbi Hava Qüvvələri (PAF) müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı genişləndirir.
İki ASDF F-15 qırıcısı Filippinin Malabakat şəhərindəki Klark hava bazasına eniş edib.
Açıqlamada döyüş təyyarələrinin enişinin iki ölkə arasında müdafiə sahəsində əlaqələrdə dönüş nöqtəsi olduğu bildirilib.
İkinci Dünya Müharibəsi zamanı Yapon İmperiyası Filippini 3 ildən çox işğalda saxlayıb. Bu arada, yapon ordusu dünya müharibəsində sözügedən aviabazadan ABŞ qüvvələrinə qarşı istifadə etmişdi.