7 Dekabr 2022 10:48
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus hərbçiləri ölkəni Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi olduğundan hərbi-siyasi rəhbərliyin fəaliyyətindən narazıdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edilib.

Bildirilir ki, Volın və Polesko istiqamətlərində vəziyyət ciddi dəyişikliklərə məruz qalmayıb. Düşmənin hücumçu qruplarının formalaşması əlamətləri hələ də yoxdur, lakin Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək perspektivindən həyəcanlanırlar.

Baş Qərargahdan qeyd edilib ki, Belarusun poliqonlarında Rusiya bölmələrinin təlimi davam edir:

"Bu ölkə Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdədir və raket, hava zərbələri üçün ərazi, hava məkanı təmin edir.

Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən narazılıq bu ölkənin sərhəd xidmətinin hərbçiləri və silahlı qüvvələri arasında getdikcə artır, çünki respublikanı Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi yaranır”.


Müəllif: Nemət

Oxşar xəbərlər