7 Dekabr 2022 11:58
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın sınaq sürüşü həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, qardaş ölkədəki bu gəlişmə Yunanıstanı təşvişə salıb.

“Kızılelma”nın adından belə narahat olan yunan mətbuatı hökumətə belə bir sual ünvanlayıb: “Bunun öhdəsindən necə gələcəyik?”.

“Pentapostagma” qəzeti bildirir ki, sözügedən pilotsuz təyyarə döyüş təyyarələri ilə müqayisə oluna biləcək xüsusiyyətlərlə hazırlanıb.

Nəşr “Kızılelma”nın 1.5 tona yaxın döyüş sursatı və faydalı yükgötürmə qabiliyyətinə malik olacağını yazır.

Türklərin yeni döyüş təyyarəsinin uçuş-enmə zolaqları qısa olan gəmilərə enib-qalxa biləcəyi vurğulanır. Türkiyənin PUA məsələsində sürətlə irəlilədiyi diqqətə çatdırılır. Yunan nəşri Türkiyənin bir tərəfdə “Akıncı”dan atılacaq bombaları, digər yanda isə “Kızılelma”nın sınaq uçuşunu həyata keçirdiyini qeyd edir.

“Kızılelma”nın sürətli, görünməz olması və eyni zamanda AESA radarı daşıyacağı üçün təsiredici xüsusiyyətlərə malik olmasına diqqət çəkilir.

Pilotsuz döyüş təyyarəsinin “TCG Anadolu” kimi amfibiya hücum gəmisindən enib-qalxa bildiyi, bu gəlişmənin Egey və Şərqi Aralıq dənizlərində Yunanıstan üçün problem yaradacağı iddia edilir.

Qəzet Yunanıstanın təcili anti-dron sistemi daşıyan donanma və ya döyüş qüvvəsi yaratmasının lazım olduğunu bildirir:

“Çünki Kızılelma” sahildən adalarımıza qarşı fəaliyyət göstərə biləcək”.

Məqalədə adaların Türkiyəyə yaxın olmasının “Kızılelma”nı daha təhlükəli hala gətirdiyi vurğulanır. Bu səbəbdən Yunanıstanın operativ reaksiya imkanlarının da azaldığı deyilir.

Nəşr “Kızılelma”nın adının belə Yunanıstan bəs etdiyini iddia edir.

Türkiyənin Çorluda “Akıncı” PUA-ları üçün Təlim və Uçuş Sınaq Mərkəzi qurduğu vurğulanarkən Türkiyənin Meriç çayı yaxınlığında quru qüvvələrinin yerinin xəritəsini çəkəcəyi iddia edilir.

“Baykar” şirkətinin yeni döyüş təyyarəsinin ilk uçuşu 2023-cü ildə reallaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər