Yeni sanksiya qərarı Rusiyanı çətin vəziyyətə salıb. Barelin tavan qiyməti açıqlandıqdan sonra Rusiya neftini daşıyan gəmilər sığorta problemi ilə üzləşib. Sığorta məktubu ala bilməyən rus tankerləri İstanbul boğazında sıraya düzülüb.
Teleqraf.com xəbər verir ki, bazar ertəsi Rusiyadan neft alışı üçün hər barelə görə 60 dollar qiyməti qüvvəyə minib.
Avropa Birliyi, Böyük Britaniya, ABŞ, Kanada və Yaponiyada, eləcə də Avstraliyada şirkətlərə tavan qiyməti keçdikdə sığorta kimi dəniz nəqliyyatını təmin edən xidmətlər göstərmək qadağandır.
Rusiya neftini daşıyan gəmilər yeni sanksiyalar qarşısında sığorta problemi ilə üzləşib.
Məlumata görə, Türkiyə “sığorta məktubu” olmayan gəmilərin boğazlardan keçməsinə icazə vermir. Gəmiləri sığortalayan beynəlxalq şirkətlər isə Türkiyənin tələb etdiyi sığorta məktublarının alına bilmədiyini açıqlayıblar.
Sığorta məktubu ala bilməyən neftlə yüklənmiş gəmilər Türkiyə boğazlarında gözləyirlər. Rus gəmiləri İstanbul boğazlarında sıxlıq yaradıb.