14 Dekabr 2014 18:23
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada keçmiş prezident Viktor Yanukoviç hakimiyyətinin devrilməsi ilə nəticələnən Maydan hərəkatının yeni videosu yayılıb. Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni görüntülərdə 2014-cü il fevralın 20-də Kiyevin İnstitutsk küçəsində hərbçilərin etirazçıları güllələməsi təsvir edilir.
Videodan aydın olur ki, “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunların hərbçiləri etirazçılar qarşısında sürətlə geri çəkilirlər və İnstitutsk küçəsindəki yük maşınlarında və barrikadalarda mövqe qururlar.
“Belə görünür ki, məhz həmin yük maşınlarından və barrikadalardan insanlara atəş açılırdı”, -deyə videonu şərh edən ukraynalılar yazıb.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Maydan hadisələrində 390 polis əməkdaşı iştirak edib. Onların açdığı snayper atəşi 100-dən atıq insanın həyatına son qoyub.



Daha ətraflı:http://atvxeber.az/news/world/8182-kiyevde-insanlarin-gullelenmesinin-yeni-videosu
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.


Müəllif: