7 Dekabr 2022 16:26
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə öz sərhədləri yaxınlığında terror dövlətinin qurulmasına imkan verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“ABŞ-ın “Vaşinqton Post” qəzetində PYD-nin baş terrorçusuna məqalə yazdırıblar. Bunun İŞİD liderinə məqalə yazdırmaqdan heç bir fərqi yoxdur. Bu hərbi əməliyyatları suveren ölkəmizin gələcəyi naminə həyata keçirməyimiz zəruridir. Bu işi dayandırmayacağıq. Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxanlar nə edir-etsinlər, mübarizəmizi davam etdirəcəyik, əks halda sərhədlərimizdə terrorçu dövlətlər qurulacaq. Sərhədimiz yaxınlığında ölkəmizi təhdid edən terror birləşməsi olarsa, vuracağıq”, - AKP rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər