7 Dekabr 2022 18:57
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinin Səudiyyə Ərəbistanına üçgünlük rəsmi səfəri başlayır.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında 29 milyard dollar dəyərində 20 investisiya sazişinin imzalanması gözlənilir.

Si Cinpinin Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Salmanla təkbətək və geniş tərkibdə görüşlərində iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulub. Ər-Riyad Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak etmək niyyətini də açıqlayıb.

Səudiyyə Ərəbistanı ilə Çin arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Belə ki, ötən il qarşılıqlı investisiyaların həcmi 27 milyard dollara çatıb. Bu, Çinin ərəb ölkələrinə qoyduğu sərmayələrin 20,3 faizi deməkdir. Ümumilikdə isə Çin 2005-2021-ci illərdə ərəb ölkələrində investisiyalarının həcmi 169,9 milyard dollara çatıb.


Müəllif: Teleqraf.com