14 Dekabr 2014 09:01
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Romada Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüşün keçirilməsi planlaşdırılıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

Görüşün nahardan sonra baş tutacağı gözlənilir.

Bundan əvvəl Lavrov-Kerri görüşünün dekabrın 15-də baş tutacağı bildirilirdi.

Görüşdə əsas müzakirə mövzusu Yaxın Şərq, Suriya və Ukraynadakı vəziyyət olacaq.


Müəllif:

Oxşar xəbərlər