Almaniya Ukraynaya əlavə özüyeriyən silahlar tədarük etdiyini açıqlayıb. Söhbət 155 mm kalibrli 18 ədəd RCH təkərli özüyeriyən haubitsaların tədarükündən gedir. Dron əleyhinə avadanlıqların da tədarüki baş tutacaq.
Teleqraf.com xəbər verir ki, son həftə ərzində Ukrayna Almaniyadan 20 “Dinqo” zirehli texnikası, həmçinin iki M1070 “Oşkoş” tank daşıyıcısı alıb.
Almaniya hökumətinin saytında verilən açıqlamaya görə, Ukraynaya təhvil verilən alman “Dinqo” zirehli maşınlarının ümumi sayı 50 və 12 ədəd M1079 “Oşkoş” traktorudur.
Bundan əlavə, Almaniya hökuməti 18 155 mm-lik RCH təkərli özüyeriyən haubitsa, 80 pikap, 90 dron əleyhinə sensor və tıxanma avadanlığı, iki anqar çadırı və yeddi 8x6 yük maşınının tədarükünü elan edib.