8 Dekabr 2022 12:10
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kobani bitdi” mesajı ölkə və dünyanın gündəmindədir.

Teleqraf.com xəbər verir ki, türk ordusunun təqaüddə olan briqada generalı İhsan Başbozkurt bölgənin istər quru qoşunları, istərsə də havadan və qurudan müşahidə və kəşfiyyat vasitələri ilə nəzarət altına alına biləcəyinə diqqət çəkib.

“Birincisi, əsgərlərimiz bölgəyə fiziki olaraq ayaq basa bilərlər. İkincisi, bütün nəzarət alətlərini ora göndərmək olar. Buna PUA-lar, quru nəzarət radarları və sistemləri ilə nail ola bilərik. Bununla da gördüyünüz bütün ünsürləri məhv edirik. Bir də kəşfiyyatı ora göndərmək məsələsi var”, - general bildirib.

Suriyanın Kobani bölgəsi ilə bağlı danışıqlar əməliyyatdan sonra başlayıb. Türk mənbələri Kobanidən sonra hədəflərin Mənbiç və Təl Rıfat ola biləcəyini bildirir. Türk qüvvələrinin terrorçuların ən çox cəmləşdiyi yerləri tədricən təmizləyəcəyi deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu