8 Dekabr 2022 11:20
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyənin Suriyanın şimalında mümkün quru əməliyyatına qarşı çıxır.

Teleqraf.com xatırladır ki, Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı hava əməliyyatını davam etdirən və quru əməliyyatına hazırlaşan Türkiyənin addımları ABŞ-da yaxından izlənilir.

Bu dəfə Türkiyənin mümkün quru əməliyyatına etiraz Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən gəlib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burnsun MİT rəhbəri Hakan Fidanla görüşdüyü və Suriyaya qarşı hava əməliyyatına sərt reaksiya verdiyi, bu vəziyyətin bölgədəki ABŞ əsgərlərini riskə atdığı barədə xəbərdarlıq etdiyi bildirilib.

ABŞ-ın iki mənbəsinə əsaslanan xəbərə görə, Suriyanın şimalında onurğasını terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə dəstək verən və 900-ə yaxın əsgəri olan ABŞ-ı Suriyanın şimalında terror hücumu ehtimalından narahat edir. Mənbə, Türkiyənin keçən həftə həyata keçirdiyi hava hücumlarında ABŞ əsgərlərinə çox yaxın bir ərazinin vurulduğunu, bundan sonra MKİ direktoru Burnsun MİT rəhbəri Hakan Fidana zəng etdiyini bildirib.

Bir müddətdir Türkiyəyə qarşı ABŞ-dan daha çox kömək istəyən Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdi də Axiosa deyib ki, ABŞ prezidenti Ərdoğanın quru əməliyyatı əmrini verməməsi üçün “mənəvi məsuliyyət” daşıyır. .

Xatırladaq ki, “Washington Post” qəzetinə danışan 3 ABŞ rəsmisi Türkiyənin bu ay Suriyada quru əməliyyatına başlaya biləcəyini bildirib. Mənbələr bunun Suriyadakı amerikalıları və bölgədəki sabitliyi riskə atacağını iddia etsə də, ABŞ ordusunun sözçüsü Cozef Buççino “Belə bir addımın Suriyada çətinliklə əldə edilən təhlükəsizlik və sabitliyi təhlükə altına atacağından narahatıq” deyib


Müəllif: Nemət

Oxşar xəbərlər