8 Dekabr 2022 12:30
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar zamanı saxlanılan şəxslərdən biri edam edilib.

Teleqraf.com xarici KİV-lərə istinadən bildirir ki, Möhsün Şəkəri adlı şəxsin edamı artıq icra edilib.

Tasnim agentliyi sentyabrın 16-da başlayan xalq hərəkatında iştirak edən və mühafizəçini bıçaqla yaraladığı aşkar edildikdən sonra həbs olunan Möhsün Şəkəri adlı şəxsin edam edildiyini bildirib.

Son illərin İran hökumətinə qarşı ən böyük etirazı kimi xarakterizə edilən tədbirdə iştirak edən şəxs ilk dəfə edam edilsə də, Şəkəri haqqında əlavə məlumat verilməyib. Ötən gün İran İnqilab Keşikçiləri saxlanılan nümayişçilərə verilən cəzalardan məmnun olduqlarını açıqlamışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər