ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinən basketbolçu Britni Qrinerin Amerikada həbsdə olan rusiyalı Viktor Butla dəyişdirilməsini ölkəsi üçün utanc hesab edir.
Teleqraf.com xəbər verir ki, eks-prezident məsələ ilə əlaqədar ABŞ və Rusiya arasında əldə edilmiş anlaşmanın şübhəli olduğunu deyib.
Onun sözlərinə görə, ABŞ-da Buta qarşı irəli sürülən ittihamların ciddiliyi və ölkəyə açıq şəkildə nifrət edən Qrinerin anti-Amerika mövqeyi nəzərə alındıqda, mübadilə sövdələşməsi adekvat deyil.
Tramp casusluqda təqsirli bilinən amerikalı Pol Velanın niyə mübadilə anlaşmasına daxil edilməməsi faktını şübhə altına alıb.
ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton isə Butun Qrinerlə dəyişdirilməsini “Amerika kapitulyasiyası” adlandırıb.